0
Wednesday 26 October 2022 - 11:00

Yəməndə neft tankerlərinin yan aldığı limana yenidən PUA-larla hücum edilib

Story Code : 1021107
Yəməndə neft tankerlərinin yan aldığı limana yenidən PUA-larla hücum edilib
SalamNews əl-Məyadin telekanalına istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, əl-Mükəlla şəhərinin limanı səmasında PUA-lara qarşılıq verilib.

Bu hücumun nəticələri barədə hələ məlumat yoxdur.

Əlavə edilib ki, hücum Səudiyyə Ərəbistanı və ya BƏƏ-ə aid gəminin limana yaxınlaşması zamanı baş verib.

Cari ayın 21-də Yəmənin Hadramaut əyalətinin əl-Zəbba limanına neft gəmisinin yaxınlaşması zamanı da PUA-larla hücum edilmişdi.

Yəmənin paytaxtı da daxil olmaqla əksər əyalətlərini nəzarətdə saxlayan "Ənsarullah" hərəkatı (husilər) həmin zaman bəyanat yayaraq, hücumun onlar tərəfindən həyata keçirildiyini bildirib.

Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələrinin” (husilər) mətbuat katibi briqada generalı Yəhya Səri burada bildirib ki, bu hücum Yəmənin sərvətini qeyri-qanuni olaraq ölkədən çıxarmaq istəyən və onun neftini qarət etmək istəyənlərə sadə bir xəbərdarlıqdır.