0
Monday 31 October 2022 - 14:41

Səudiyyə Ərəbistanı ABŞ-ı qəzəbləndirən neft qərarı ilə bağlı açıqlama verib

Story Code : 1021997
Səudiyyə Ərəbistanı ABŞ-ı qəzəbləndirən neft qərarı ilə bağlı açıqlama verib
SalamNews RT.Arabic-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın energetika naziri Əbdüləziz bin Salman deyib.

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman “Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı”nda “OPEC+” qrupunun hasilatı azaltmaq qərarına münasibət bildirərək deyib: “Bu məsələdə özümüzdən başqa heç kimə borcumuz yoxdur. Bu, bizim və gələcəyimiz üçündür və buna sadiq qalmalıyıq."

Həmçinin BƏƏ-nin energetika naziri Suheyl Əl-Məzrui “Opek+” qrupunun qərarını dəstəkləyib. O, hasilatı artırmaq üçün "OPEC+" və onun müttəfiqlərinin tələbləri olduğu halda bir telefon zəngi ilə onu artıra biləcəklərini deyib.

Əl-Məzrui deyib: "Sizi əmin edə bilərəm ki, biz BƏƏ-də, eləcə də OPEC və OPEC+ qrupundakı həmkarlarımız dünyanın ehtiyac duyduğu tələbləri təmin etməkdə maraqlıyıq. Lakin eyni zamanda, biz bu sahədə dünyada yeganə istehsalçı deyilik.”

Qeyd edək ki, Rusiya və Səudiyyə Ərəbistanının daxil olduğu “OPEC+” qrupuna üzv ölkələr oktyabrın əvvəlində 2022-ci ilin noyabrından başlayaraq gündəlik neft hasilatını iki milyon barel azaltmaq barədə razılığa gəliblər. Bu qərar strateji neft ehtiyatları tədricən azalmaqda olan ABŞ hökumətini qəzəbləndirib.