QR CodeQR Code

İran Səudiyyə Ərəbistanına hücumla bağlı xəbərlərə münasibət bildirib

3 Nov 2022 11:14

İslamTimes: “Bu tip qərəzli xəbərlər bəzi Qərb və sionist dairələr tərəfindən İran İslam Respublikasına qarşı mənfi atmosfer yaratmaq və region ölkələri ilə mövcud müsbət tendensiyaları məhv etmək məqsədi ilə yayımlanır.”


SalamNews İSNA-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

“Wall Street Journal” qəzetinin İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşması ilə bağlı xəbərə münasibət bildirən Kənani bu məlumatların qərəzli və əsassız olduğunu İrana qarşı mənfi atmosfer yaratmaq məqsədi güddüyünü bildirib.

Qeyd edək ki, bundan öncə “Wall Street Journal” Səudiyyə və Amerika rəsmilərinə istinadən iddia edib ki, ər-Riyad İranın Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilən hücumu ilə bağlı ABŞ-ı məlumatlandırıb.

Sözügedən rəsmilər iddia ediblər ki, bu xəbərdarlığın verilməsindən sonra Səudiyyə Ərəbistanı, ABŞ və bir sıra digər qonşu ölkələr öz hərbi qüvvələrinin hazırlıq səviyyəsini artırıblar. “Wall Street Journal” bu məlumatda Səudiyyə kəşfiyyatının bu xəbərdarlığının əlavə təfərrüatlarını açıqlamayıb.


Story Code: 1022507

News Link :
https://www.islamtimes.org/az/news/1022507/iran-səudiyyə-ərəbistanına-hücumla-bağlı-xəbərlərə-münasibət-bildirib

Islam Times
  https://www.islamtimes.org