QR CodeQR Code

Vaşinqton Polşaya düşən raketi Ukraynaya aid hesab etdiyini təsdiqləyib

19 Nov 2022 07:47

İslamTimes: ABŞ Polşaya düşən raketin Ukraynaya məxsus olduğunu hesab edir, Vaşinqton və Varşava vəziyyəti aydınlaşdırmaq üçün Kiyevlə təmasda olub.


“Report” xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə təsdiqləyib.

“ABŞ və Polşa rəsmiləri faktları aydınlaşdırmaq üçün Ukrayna ilə əlaqə saxlayıblar”.

“Biz ictimai şəkildə bildirmişik ki, əldə etdiyimiz məlumat Prezident Anjey Dudanın (Polşa Prezidenti – red.) bunun (raketin – red.), çox güman ki, Ukrayna hava hücumundan müdafiə raketinin, təəssüf ki, Polşaya düşməsi nəticəsində baş verdiyi barədə ilkin qiymətləndirməsini təsdiqləyir”, - Jan-Pyer əlavə edib.


Story Code: 1025446

News Link :
https://www.islamtimes.org/az/news/1025446/vaşinqton-polşaya-düşən-raketi-ukraynaya-aid-hesab-etdiyini-təsdiqləyib

Islam Times
  https://www.islamtimes.org