0
Sunday 20 November 2022 - 01:00

İrandan Atom Enerjisi Agentliyinin qərarına etiraz

Story Code : 1025663
İrandan Atom Enerjisi Agentliyinin qərarına etiraz
Teleqraf.com xəbər verir ki, bunu İranın XİN başçısı mətbuat konfransı zamanı vurğulayıb.

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qərarına lazımi cavabı verəcəyik”.

Qeyd edək ki, BAEA İranın üç nüvə obyektində əvvəllər bəyan olunmamış uran hissəciklərinin aşkarlanmasını iddia edib və iyunun 8-də İran əleyhinə qərar çıxarıldığı bəhanəsi ilə bu ölkə ilə bağlı araşdırmaya başlayıb.

Həmçinin, İranın nüvə obyektləri ilə bağlı verdiyi cavabları indiyədək yetərli görməyən BAEA 17 noyabr cümə axşamı günü 35 ölkədən 26-nın səsini alıb və İranı agentliklə əməkdaşlıq etməməkdə ittiham edərək ikinci qərarını verib.