0
Monday 21 November 2022 - 09:38

İran İraqın şimalında terrorçulara ağır zərbələr endirib

Story Code : 1025899
İran İraqın şimalında terrorçulara ağır zərbələr endirib
SalamNews İraq mətbuatına istinadən xəbər verir ki, ötən gecə İraqın şimalında Süleymaniyyə və Ərbil əyalətlərinin ərazisinə İran tərəfindən PUA, raket və artileriyadan zərbələr endirilib.

Ərbilin Kuysanjaq rayonunda separatçı kürd birləşmələrinin o cümlədən “Komala” təşkilatı və “İran Kürdüstan Demokratik Partiyası”nın mövqeləri hədəfə alınıb.

Qeyd edək ki, İran təhlükəsizlik qüvvələri ötən gün Qərbi-Azərbaycan əyalətinin Mahabad şəhərində geniş əməliyyat həyata keçirərək, iğtişaşçı və silahlılardan həbs ediblər.

Associated Press-in məlumatına görə, Sepah generalı İsmayıl Qaani bundan öncə İraqa səfəri çərçivəsində Bağdad və Ərbil rəsmilərinə separatçı kürd birləşmələrinin mövqelərinə zərbələrin endiriləcəyi barədə qarşı tərəfi xəbərdar edib.