0
Monday 21 November 2022 - 09:25

General Türkiyəni təhdid etdi: "Hücum etmək istəyirlərsə..."

Story Code : 1025909
General Türkiyəni təhdid etdi: "Hücum etmək istəyirlərsə..."
Teleqraf.com xəbər verir ki, general Türkiyə analitiklərinin Ankaranın Suriya və Şimali İraqdakı əməliyyatının “Yunanıstana mesaj” olduğunu deməsinə diqqət çəkib.

“Kim gəlmək kimi ölümcül səhv edərsə, yeni bir Marafon, yeni Salamis və yeni 731-lə qarşılaşacaqlarını əvvəlcədən bilməlidirlər”,- general Türkiyəni nəzərdə tutaraq deyib.

Floros Türkiyəni təhdid edərək qeyd edib:

“Kimin bizi təhdid etməsindən asılı olmayaraq silahlarımız, gücümüz Yunanıstanın azad və müstəqil olmasının qarantıdır. Nə zaman istəsələr gəlməyə qərar verərlər. Biz sülh istəyir və bunun üçün çalışırıq. Əminəm ki, yunanların keçmişdə çox təcrübəsi olub və ölkələrini qorumaq üçün mübarizə aparacaq. Bir zərrə torpaq, bir qaya, hətta bir yunan daşı üçün. Çünki biz onlara sahib olmaq üçün ağır bədəl ödəmişik”.