0
Monday 21 November 2022 - 11:55

Washington Post: ABŞ və Avropa hərbi arsenalının uzunmüddətli azalması problemi ilə üz-üzədir

Story Code : 1025935
Washington Post: ABŞ və Avropa hərbi arsenalının uzunmüddətli azalması problemi ilə üz-üzədir
Amerika və Avropa səlahiyyətlilərinin Ukraynaya göndərilən silah arsenallarının boşaldılması ilə bağlı açıqlamadan sonra “Vaşinqton Post” qəzeti bu məsələni uzunmüddətli problem kimi qiymətləndirib.

Bu qəzet NATO-dakı adının çəkilməsini istəməyən mənbəyə istinadən yazıb: “Qərb çətin vəziyyətlə üz-üzədir. Artıq Ukraynaya çoxlu silahlar göndərilib. Qərb ölkələri öz arsenallarında daha çox eşələnməlidirlər."