QR CodeQR Code

Rusiya: Bu ölkə ABŞ-a təbii şəkildə cavab verir

21 Nov 2022 22:26

İslamTimes: Şimali Koreya raket sınaqları keçirməklə ABŞ və onun regiondakı müttəfiqlərinin genişmiqyaslı təlimlərinə təbii reaksiya verir.


Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneva deyib.

“Biz yenə də bu məsələnin kontekstində bizə yaxşı bəlli olan qapalı dairənin girovuna çevrilirik. ABŞ və onun regiondakı müttəfiqləri irimiqyaslı təlimlər keçirir, Pxenyan təbii cavab verir və sonra biz bütün bunları müzakirə etmək üçün burada görüşürük”, - o bildirib.

Qeyd edək ki, Şimali Koreya keçən həftə Yapon dənizinə qitələrarası ballistik raket atıb.


Story Code: 1026041

News Link :
https://www.islamtimes.org/az/news/1026041/rusiya-bu-ölkə-abş-a-təbii-şəkildə-cavab-verir

Islam Times
  https://www.islamtimes.org