0
Tuesday 22 November 2022 - 07:52

Fransa səfiri: “Azərbaycan və Ermənistan sülhə nail ola bilər”

Story Code : 1026083
Fransa səfiri: “Azərbaycan və Ermənistan sülhə nail ola bilər”
Teleqraf.com xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviter hesabında yazıb.

“Fransanın Azərbaycandakı səfiri kimi missiyam dünən rəsmən başa çatıb.

Bu, tarixi bir anda böyük təcrübə idi.

Azərbaycanda qazandığım bir çox dostlara minnətdaram və davamçım Ann Buayona ən yaxşısını arzulayıram.

Mən inanıram ki, Azərbaycan və Ermənistan sülhə nail ola bilər. Heç vaxt təslim olma", - səfir qeyd edib.