QR CodeQR Code

İsrail yenə sərsəmlədi: "İran dünya çempionatına hücum edəcək..."

إسلام تايمز , 22 Nov 2022 09:47

İslamTimes: İşğalçı İsrailin hərbi kəşfiyyatının rəhbəri general-mayor Aharon Haliva İranın Qətərdə keçirilən futbol üzrə dünya çempionatına hücuma hazırlaşdığını söyləyərək növbəti dəfə İsraili gülünc duruma düşürüb.


Bu barədə "Times of Israel" yazır.

Aharon Haliva qeyd edib ki, Tehranı ildırım hücumundan saxlayan yeganə şey dünya çempionatının ev sahiblərinin cavabıdır:

İsrailli general İran hakimiyyətinin ölkə daxilindəki iğtişaşlara görə narahat olduğunu lakin hazırda rejimin süqutu ilə bağlı real təhlükə olmadığını dilə gətirib.

İsrailin müdafiə naziri Benni Qantz general-mayor Aharon Halivanın qənaətləri ilə razılaşıb və əlavə edib ki, Tehran regionda qeyri-sabitliyi genişləndirmək üçün imkanlar axtarır:

"Çox güman ki, dünya çempionatı qeyri-sabitlik yaratmağa çalışdığı yerlərdən biri olacaq".


Story Code: 1026111

News Link :
https://www.islamtimes.org/az/news/1026111/israil-yenə-sərsəmlədi-iran-dünya-çempionatına-hücum-edəcək

Islam Times
  https://www.islamtimes.org