QR CodeQR Code

İranın elektrik şəbəkəsi Azərbaycana qoşulur

22 Nov 2022 10:07

İslamTimes: İranın elektrik şəbəkələrinin Rusiya, Azərbaycan və Ermənistanla sinxronlaşdırılması layihəsi hazırda icra mərhələsindədir.


Axar.az xəbər verir ki, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian deyib.

Onun sözlərinə görə, Rusiya və İranın elektrik şəbəkələrinin ilkin sinxronlaşdırılması başa çatıb, həmçinin Rusiya, Ermənistan, Azərbaycan və İranın elektrik şəbəkələrinin birgə sinxronlaşdırılması üçün texniki tədbirlər həyata keçirilir.

“Elektrik şəbəkələrinin sinxronlaşdırılması və qoşulması İranda enerji sisteminin sabitləşməsinə kömək edəcək”, - deyə o bildirib.

Nazir əlavə edib ki, ölkəsi layihənin texniki sektorlarının inkişafı ilə məşğuldur. O, həmçinin qeyd edib ki, adıçəkilən ölkələr elektrik enerjisinin mübadiləsini də müzakirə edirlər.

“Elektrik enerjisinə ehtiyacımız olanda onu Azərbaycan, Ermənistan və Türkmənistandan idxal edə bilərik”, - deyən nazir əlavə edib ki, profisit olduğu dövrlərdə İran elektrik enerjisi ixrac edilə bilər.


Story Code: 1026112

News Link :
https://www.islamtimes.org/az/news/1026112/iranın-elektrik-şəbəkəsi-azərbaycana-qoşulur

Islam Times
  https://www.islamtimes.org