QR CodeQR Code

Kreml: Ukraynadan ZAES ərazisindən ağır silahların çıxarılmasını tələb etmək lazımdır

22 Nov 2022 23:35

İslamTimes: Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) təhlükəni ancaq onu atəşə tutanlar, yəni Ukrayna Silahlı Qüvvələri yaradır.


SalamNews-un Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı, noyabrın 22-də Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Jurnalistlərin Atom Elektrik Stansiyasındakı vəziyyətlə bağlı MAQATE-nin bəyanatını şərh etmək xahişinə Kremlin sözçüsü belə cavab verib:

"MAQATE öz işini görür. Yaxşı haldır ki, MAQATE mərmilərin stansiyaya, onun bütövlüyünə təhlükə yaratdığını təsdiqləyir. Amma biz, əlbəttə ki, təəssüf edirik ki, MAQATE-nin işinin xüsusiyyətlərinə görə, necə deyərlər, bu hücumları konkret kimin həyata keçirdiyini söyləmək səlahiyyəti yoxdur.

Burada çox vacibdir ki, hər kəs baş verənlərə ayıq başla nəzər salsın və bilsin ki, Ukrayna silahlı qüvvələri atom elektrik stansiyasını atəşə tutur, geniş ərazilər üçün nüvə, ekoloji və digər təhlükəsizliyə təhdid yaradan addımlar atır. Bu, bizim narahatlığımıza səbəb olmaya bilməz. Rusiya MAQATE ilə dialoqu davam etdirəcək", deyə Peskov qeyd edib.

Onun fikrincə, Ukraynadan ZAES-dən ağır silahların çıxarılmasını və Avropa kontingentini təhlükəyə atmağı dayandırmağı tələb etmək lazımdır.

Kreml sözçüsü eyni zamanda qeyd edib ki, ZAES ətrafında təhlükəsizlik zonasının yaradılmasının müzakirəsində “heç bir mühüm irəliləyiş yoxdur”.

"Əvvəlcə Rusiyanı orada olmayan ağır silahları çıxarmağa çağırdılar, sonra hamı sanki orada rus silahlarının olmadığını başa düşdü. Əlbəttə ki, təhlükəsizlik zonası haqqında danışdıqda, bu stansiyanı atəşə tutanlar, təhlükə yaradanlar haqqında danışmaq lazımdır - stansiyaya təhlükə onu atəşə tutanlar tərəfindən yaradılır, onu atəşə tutan isə Ukrayna Silahlı Qüvvələrinin artilleriyasıdır", deyə Peskov əlavə edib.


Story Code: 1026287

News Link :
https://www.islamtimes.org/az/news/1026287/kreml-ukraynadan-zaes-ərazisindən-ağır-silahların-çıxarılmasını-tələb-etmək-lazımdır

Islam Times
  https://www.islamtimes.org