QR CodeQR Code

ABŞ Rusiya nefti ilə bağlı güzəştə getməyə məcbur oldu

23 Nov 2022 08:33

İslamTimes: ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin bir sıra Avropa ölkələrinə tədarükünə icazə verib.


APA xəbər verir ki, nazirliyin dərc etdiyi sənəddən bildirilir ki, dənizə çıxışı olmayan Bolqarıstan, Xorvatiya və Avropa İttifaqı (Aİ) dövlətləri Rusiyadan yanacaq tədarükünə icazə verilir.

“Bolqarıstan, Xorvatiya və ya Avropa İttifaqının dənizə çıxışı olmayan üzv ölkələrə xam neft idxalı ilə bağlı bütün əməliyyatlara icazə verilir”, - deyə bəyanatda vurğulanır.

Bundan əlavə Amerikanın fiziki və hüquqi şəxslərinə Rusiya neftinin aşağı qiymətə alınması şərti müqabilində daşınması üçün müəyyən xidmətlər göstərməyə icazə verilir.
 


Story Code: 1026308

News Link :
https://www.islamtimes.org/az/news/1026308/abş-rusiya-nefti-ilə-bağlı-güzəştə-getməyə-məcbur-oldu

Islam Times
  https://www.islamtimes.org