QR CodeQR Code

Beynəlxalq Atom Agentliyi İranın 60 fazilik uran istehsalını artırdığını təsdiqləyib

23 Nov 2022 10:21

İslamTimes: Beynəlxalq Atom Enerjisi Agentliyi İranın daha bir nüvə obyektində uranın 60 faizlik zənginləşdirilməsi işinə başladığını təsdiqləyib.


SalamNews xarici mətbuata istinadən xəbər verir ki, İranın elanından sonra BAEA də bu ölkədə uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işinin artırıldığını bildirib.

Almaniya, Fransa və Britaniya birgə bəyanat yayaraq İranın bu addımını pisləyiblər.

Qeyd edək ki, bundan öncə İran Beynəlxalq Atom Agentliyinin Rəhbərlər Şurasının son qərarı, habelə Qərb dövlətlərinin addımlarından sonra Fordo nüvə obyektində də uranın 60 faizlik zənginləşdirilməsi işini yeni nəsil sentrifuqa cihazları ilə başladıb. İran bundan öncə sözügedən işi yalnız Nətənz adlı obyektində edirdi.

İranın ötən günkü bəyanatında deyilir ki, həmçinin burada köhnə sentrifuqa cihazları çıxarılıb və işi sürətləndirən yeni nəsil İR-6 sentrifuqa cihazları qurşadırılıb.


Story Code: 1026355

News Link :
https://www.islamtimes.org/az/news/1026355/beynəlxalq-atom-agentliyi-iranın-60-fazilik-uran-istehsalını-artırdığını-təsdiqləyib

Islam Times
  https://www.islamtimes.org