QR CodeQR Code

Ankara: Vaşinqton kürd silahlılarına yardımı dayandırmalıdır

إسلام تايمز , 23 Nov 2022 12:00

İslamTimes: Türkiyənin müdafiə naziri Suriya kürd silahlılarının “PKK” terror qruplaşmasının bir qolu olduğunu bəyan edərək, ABŞ və Ankaranın digər müttəfiqlərindən onlara hərbi dəstəyi dayandırmağı xahiş edib.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında quru əməliyyatına başlamağa hazırlaşdığı barədə bəyanatından sonra Ankara Suriya kürd silahlılarına qarşı hücumların artdığını açıqlayıb.

Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə axşamı axşam Suriyanın şimalında əməliyyatları gücləndirəcəyini vəd edərək, ABŞ-dan  YPG kimi tanınan Suriya kürd silahlılarına hərbi dəstəyi dayandırmağı xahiş edib.

Reuters” xəbər agentliyinin məlumatına görə, Akar Türkiyə parlamentinin komitəsində çıxışı zamanı deyib: “Biz bütün səviyyələrdə tərəfdaşlarımıza, xüsusən də ABŞ-a YPG-nin PKK ilə eyni olduğunu xəbərdarlıq etmişdik."

O sözlərinin davamında, Amerikanın terrorçulara verdiyi dəstəyə toxunaraq, terorçulara verdikləri hər cür yardımı dayandırmaq tələblərində israr etdiklərini bəyan edib.


Story Code: 1026367

News Link :
https://www.islamtimes.org/az/news/1026367/ankara-vaşinqton-kürd-silahlılarına-yardımı-dayandırmalıdır

Islam Times
  https://www.islamtimes.org