0
Thursday 24 November 2022 - 13:16

Avropalı qanunverici Qərbin İranla bağlı yalanlarını ifşa etdi

Story Code : 1026583
Avropalı qanunverici Qərbin İranla bağlı yalanlarını ifşa etdi
İrlandiya Respublikasının Avropa Parlamentindəki nümayəndəsi Mayk Uolles medianın və Qərb ölkələrinin başçılarının İran İslam Respublikasına qarşı yalan və mənfi təbliğat aparmasını və iğtişaşlara dəstək verməsini kəskin tənqid edib.

Cümə axşamı səhər Uolles Avropa Parlamentinin iclasındakı çıxışının bir hissəsini paylaşdı və dedi: “Keçən həftə Avropa Parlamentinin bir sıra üzvləri, hətta bəzi dünya liderləri İran haqqında yalan məlumatlar verərək, İran hökumətinin 15 min etirazçıya ölüm hökmü çıxarmaq qərarına gəldiyini iddia etdilər”.

O, Kanadanın baş naziri Castin Trüdoya hücum edib və onun yalanlarını rüsvay edib və belə izah edib: “Bu yalan (15.000 adamın ölüm hökmü) üzə çıxanda Kanadanın Baş naziri öz tvitini sildi! Amma üzr istəmədi”.