QR CodeQR Code

Rusiya Duması LGBT təbliğatını qadağan edən qanun qəbul edib

24 Nov 2022 12:29

İslamTimes: Rusiya Dövlət Duması LGBT təbliğatının qadağan edilməsi haqqında qanunu üçüncü oxunuşda qəbul edib.


APA-nın Moskva müxbirinin məlumatına görə, sənədə əsasən, təbliğat dedikdə qeyri-ənənəvi seksual münasibətlərin yaradılmasına, onların cəlbediciliyinə, “ənənəvi və qeyri-ənənəvi cinsi münasibətlərin sosial ekvivalentliyi haqqında təhrif olunmuş ideyaya” yönəlmiş məlumatların və ya ictimai hərəkətlərin yayılması nəzərdə tutulur.

“Qərar bizim uşaqlarımızı, ölkənin gələcəyini ABŞ və Avropa dövlətlərinin yaydığı qaranlıqdan qoruyacaq. Bizim öz ənənələrimiz və dəyərlərimiz var”, – deyə Dövlət Dumasının teleqram kanalında qeyd olunub.


Story Code: 1026586

News Link :
https://www.islamtimes.org/az/news/1026586/rusiya-duması-lgbt-təbliğatını-qadağan-edən-qanun-qəbul-edib

Islam Times
  https://www.islamtimes.org