QR CodeQR Code

İran: Britaniya xalqımıza qarşı müharibənin əməliyyat otağını rəsmən dəstəkləyir

24 Nov 2022 14:50

İslamTimes: İran rəsmisi Britaniya XİN rəhbərinə cavab verib: “Siz yalancı şüarlarınız və açıqlamalarınızla İran xalqına qarşı müharibənin əməliyyat otağını rəsmən dəstəkləyirsiniz.”


SalamNews xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani tvitter səhifəsində yazıb.

Qeyd edək ki, Britaniya xarici işlər naziri Ceyms Kleverli Londonda yerləşən və İrana qarşı separatçı və iğtişaşları dəstəkləyən fəaliyyəti ilə tanınan (Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi) “İran İnternational” telekanalının işçilərinin təhlükəsizliyinin qorunmasını istəyib.

İran XİN sözcüsü ona cavab verərək deyib:

“İran xalqının və təhlükəsizliyinin əleyhinə olan iğtişaş və zorakılığı, terroru təbliğ edən bir telekanala ev sahibliyi edən ölkənin XİN rəhbəri iddia edir ki, azad mətbuatı səmimi şəkildə dəstəkləyir. Cənab vəzir, siz bu yalan şüarlarınızla rəsmi şəkildə İran xalqına qarşı olam müharibənin əməliyyat otağını dəstələyirsiniz.”


Story Code: 1026589

News Link :
https://www.islamtimes.org/az/news/1026589/iran-britaniya-xalqımıza-qarşı-müharibənin-əməliyyat-otağını-rəsmən-dəstəkləyir

Islam Times
  https://www.islamtimes.org