0
Thursday 24 November 2022 - 16:40

Rusiya: Amerika kürdləri İran və Türkiyəyə qarşı qızışdırır

Story Code : 1026604
Rusiya: Amerika kürdləri İran və Türkiyəyə qarşı qızışdırır
Rusiyanın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev İran İslam Respublikası və Türkiyəyə qarşı kürd silahlılarını qızışdırmaqda ABŞ-ın rolunu vurğulayıb və deyib: "Son vaxtlar İran kürdlərinin İrana, Suriya kürdlərinin Türkiyəyə qarşı fəaliyyəti güclənib və bu hərəkatların arxasında yəqin ki, bir səbəb var, bunun arxasında təcrübəli biri dayanır.

O deyib: "Bunun arxasında böyük ehtimalla ABŞ dayanır, çünki Birləşmiş Ştatlar da İran kürdlərini dəstəkləyir və onları nümayişlərə hazırlayır. Eyni zamanda amerikalılar Suriyanın şimal-şərqini silah və ərzaqla təmin edir və təbii ki, kürdlər onlardan çox asılıdır”.