0
Thursday 24 November 2022 - 16:46

Nebenzya: Ukraynanın infrastrukturuna zərbələr Qərb silahlarının tədarükünə cavabdır

Story Code : 1026607
Nebenzya: Ukraynanın infrastrukturuna zərbələr Qərb silahlarının tədarükünə cavabdır
SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Ukraynaya dair iclasında çıxışı zamanı bildirib.

Nebenzya bildirib ki, Rusiya Qərb silahlarının tədarükünə və Kiyevin “Moskva üzərində hərbi qələbəyə dair ehtiyatsız çağırışlarına” cavab olaraq Ukraynadakı infrastruktura zərbələr endirir.

“Rusiyanın təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edən Ukrayna ordusunun döyüş qabiliyyətini sarsıtmaq xüsusi əməliyyatın məqsədlərindən biridir.  Və bu, Kiyev rejimi danışıqlar çərçivəsində bizi əməliyyata başlamağa vadar edən məsələləri müzakirə etməyə və həll etməyə imkan verəcək real mövqe tutmayana qədər hərbi yolla həyata keçiriləcək. Və bu, Kiyev rejimi bizi əməliyyata başlamağa vadar edən məsələləri danışıqlar çərçivəsində müzakirə etməyə və həll etməyə imkan verəcək real mövqe tutmayana qədər hərbi yolla həyata keçiriləcək”, deyə diplomat qeyd edib.

Nebenzya həmçinin hesab edir ki, “yaşayış binalarına dəyən ziyan və mülki əhali arasında itkilər şəhərlərin kənarında deyil, məhz onların mərkəzində yerləşən Ukrayna hava hücumundan müdafiə sistemləri ilə bağlıdır”.

“Nəticədə, istiqamətini dəyişən Ukrayna raketləri, o cümlədən raketlərin qəlpələri bu  obyektlərə düşür. Rusiya bu obyektlləri hədəfə almır”, deyə Nebenzya vurğulayıb.