0
Saturday 26 November 2022 - 10:43

İranın qələbəsi Azərbaycan xalqını da sevindirdi (FOTOLAR)

Story Code : 1026962
İranın qələbəsi Azərbaycan xalqını da sevindirdi (FOTOLAR)
İranın tənparəsindən ayrılmasına səbəb olan Gülüstan və Türkmənçay müqavilələrindən 200 ildən çox vaxt keçsə də, bu müqavilələr sərhədlər, tikanlı məftillər kimi maddi maneələrdən başqa heç bir nəticə vermədi. Bu uzun zamanda heç bir maneə ürəkləri bir-birindən ayıra bilmədi.
İran tarixi həsrət və ayrılıq tarixidir və bu qəm-qüssə Arazın şimalında və cənubunda kitab və qələm əhlində daim açıq-aşkar müşahidə edilir. Arazın istər o tayında, indiki Azərbaycanda, istər bu tayında İran İslam Respublikasında acı ya xoş bir hadisə baş verəndə qarşı tərəfdə bu hadisənin nişanələri görünür.
Azərbaycan Respublikasının 70 illik kommunizmdən qurtulduğu zaman və ya Azərbaycanın mühüm ərazilərinin işğaldan azad olunduğu gündə iranlıların qəlbi sevinclə doldu. Həmçinin erməni qəsbkarlarının Azərbaycana ayaq basdığı ​​gün Arazın İran tərəfindəki əhalinin üzünə qəm-qüssə çökdü. İran xalqı o dövrlərdə ən ağır siyasi-ictimai, iqtisadi durumda olan naxçıvanlılara, Azərbaycan hərbi qüvvələrinə və orduya kömək etmək üçün tələsdi. Birinci Qarabağ müharibəsi qaçqınları İran xalqı üçün ən önəmli məsələyə çevrildi.
O günlərdə Səddam Hüseyn vəhşi Qərbin göstərişi ilə İrana soxularkən, türk, ərəb, lor, bəluç, fars qövmündən olan iranlılar düşmənə doğru addımlayanda Arazın şimalında Azərbaycan şiələrinin ürəyi narahat idi. Bir millət radio arxasında oturub xoş xəbər gözləyirdi. Onlar İran xalqının zəfərləri ilə güldülər, döyüş cəbhələrindəki döyüşçülərimizin şəhadət xəbərləri ilə ağladılar.
Araz çayının şimal sakinləri illər boyu İraq və Suriyada bəşəriyyətin ən çirkin və qəddar düşmənlərinə qarşı (İŞİD-ə qarşı) döyüşmüş əskərlərə duaçı olub. Böyük qəhrəmanlıqlar göstərmiş sevimli komandir Qasim Süleymaninin qaranlıq gecədə yer üzündəki ən qorxaq, rəzil məxluqlar tərəfindən şəhadətə çatdırıldığı zaman Azərbaycan şiələrinin qəm-qüssəsi çoxlarını təəccübləndirdi. Sosial şəbəkələrdə şəhid generala elə bir dəstək dalğası, məhəbbət nümayiş etdirildi ki, kölgə hökumətləri və dostun evinə soxulmuş bəzi xain ölkə rəsmiləri çox narahatlıq keçirdiklərini ifadə etdilər. Hətta bəzi sionist fiqurlar Azərbaycanın virtual məkanında şəhid Süleymaninin şəkillərinin və videolarının geniş şəkildə paylaşılmasından təəccübləndiyini bildirib bu məsələ ilə bağlı xəbərdarlıq etdilər.

İran millisinin qələbəsinə Azərbaycan xalqı da sevindi

Bu gün Qətərdə keçirilən dünya çempionatında iştirak edən İran İslam Respublikasının milli futbol komandasına qarşı bəzi Qərb və Ərəb ölkələrinin uzun sürən psixoloji əməliyyatı və qorxaq media və kəşfiyyat hücumlarından sonra İran yığması 2 cavabsız qolla qələbə qazana bildi. Bu qələbə milli komanda ilə bağlı ümidləri yüksəltdi. Bütün İran boyu insanlar bu qələbəni qeyd etdilər. Gözəl səhnələrdən biri Azərbaycan Respublikasında bir çoxlarının İrandakı dost və tanışlarına zəng edərək onları təbrik etməsi, sevinclərini ifadə etməsi oldu.
Bəli, tarix boyu heç bir müqavilə, çəkilən məftilli sərhədlər İran və İslam üçün döyünən qəlblər arasında məsafə yarada bilməyib.
İran və Azərbaycan xalqları həmişə bir-birinin kədərində ağlayıb, bir-birinin sevincində sevinc göz yaşları axıdıblar. Heç bir düşmən Arazın şimal və cənub sakinlərini ayıra bilməyəcək!