QR CodeQR Code

Suriyanın şərqndə ABŞ bazasına hücum edildi

إسلام تايمز , 26 Nov 2022 15:56

İslamTimes: Müxtəlif xəbər mənbələri Suriyanın şərqindəki ABŞ bazasına bir neçə raketin düşdüyünü xəbər verib.


Bununla bağlı Suriya dövlət televiziyası Suriyanın şərqindəki Əl-Həsəka əyalətinin əş-Şədadi şəhərindəki Amerika bazasına mənşəyi məlum olmayan bir neçə raketin düşdüyünü bildirib.

Digər yerli mənbələr də İraq və Suriya sərhədindəki Amerika hərbi bazasının 4 raketlə silkələndiyini bildirib.

Qeyd edək ki, ABŞ-ın Suriya üzrə nümayəndəsi Nikolas Qrencer Türkiyənin Suriya şimalında hərbi əməliyyatlara başlamasına ABŞ-ın razılıq vermədiyi ilə bağlı bəyanatları, Türkiyənin Suriyada keçirəcəyi əməliyyatlarla bağlı narahatlıqların artdığına dəlildir.

 Qrencer cümə günü Əl-Ərəbiyyə kanalına verdiyi açıqlamada deyib: “Səfirimiz vasitəsilə Suriyanın şimalında hərbi əməliyyatlara qəti etirazımız barədə Ankaraya məlumat verdik”.


Story Code: 1027013

News Link :
https://www.islamtimes.org/az/news/1027013/suriyanın-şərqndə-abş-bazasına-hücum-edildi

Islam Times
  https://www.islamtimes.org