QR CodeQR Code

ABŞ "bura bizim nəzarətimizdədir" desə də, Türkiyə vurdu

26 Nov 2022 17:06

İslamTimes: Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar antiterror əməliyyatları ilə bağlı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana məruzə edib.


Axar.az xəbər verir ki, Türkiyə mediası məruzənin təfərrüatını açıqlayıb.

Bildirilir ki, məruzədə H.Akar ABŞ-ın “Buraya girməyin, bu bizim nəzarətimizdədir” xəbərdarlığı etdiyini, buna baxmayaraq, əməliyyatın aparıldığını vurğulayıb.

Bundan başqa, “Pəncə-Qılınc” hava əməliyyatında həm Rusiyadan, həm də ABŞ-dan istənilən dəstəyin verilmədiyi də vurğulanıb.

Akar təqdimatında hava əməliyyatları ilə bağlı son vəziyyəti çatdırıb və ən qısa zamanda quru əməliyyatının həyata keçiriləcəyini bildirib.


Story Code: 1027018

News Link :
https://www.islamtimes.org/az/news/1027018/abş-bura-bizim-nəzarətimizdədir-desə-də-türkiyə-vurdu

Islam Times
  https://www.islamtimes.org