0
Saturday 26 November 2022 - 16:14

İran Uelz üzərində qələbəyə görə hər oyuncusuna 15 min dollar mükafat verib

Story Code : 1027019
İran Uelz üzərində qələbəyə görə hər oyuncusuna 15 min dollar mükafat verib
SalamNews Tasnim-ə istinadən xəbər verir ki, bu barədə İran Futbol Federasiyasından məlumat verilib.

Bildirilib ki, Uelz üzərində ötən gün iki sıfır hesabı ilə əldə edilən qələbənin ardından komandanın texniki heyəti və oyuncularının hər birinə 15 min dollar pul mükafatı ödənilib.

Qeyd edək ki, İranın ötən günkü qələbəsindən sonra əhali ölkə bayraqları ilə küçələrə çıxaraq polis və təhlükəsizlik qüvvələri ilə birgə şənlik ediblər.

Digər tərəfdən İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei bu günkü çıxışında qələbəyə görə İran gənclərinə təşəkkür və onlar üçün dua edib.

Bir neçə gün sonra İranla ABŞ komandaları arasında baş tutacaq oyun daha maraqla gözlənilir.