QR CodeQR Code

Tanınmış nəşr: "Baydenin diqqəti Çinə yönəlib, Avropa qəzəbli və narahatdır"

27 Nov 2022 02:04

İslamTimes: ABŞ prezidenti Co Baydenin Çini nəzarət altına almaqla bağlı işlər görən administrasiyası Avropa müttəfiqlərinin qəzəbinə tuş gəlib. Bu da “ölümcül” nəticələnə bilər.


Teleqraf.com xəbər verir ki, bu fikir “Politico” nəşrində yer alan məqalədə irəli sürülür.

Müəllif Nikolas Vinokur hesab edir ki, ABŞ qoşunlarının Əfqanıstandan gözlənilmədən çıxarılması, AUKUS çərçivəsində Avstraliyaya sualtı qayıqların satışı ilə bağlı transatlantik münaqişə, indi də "vergi güzəştləri və subsidiyalar təklif edən" İnflyasiyanın Azaldılması Aktı (IRA) ilə bağlı artan mübahisələrlə Bayden administrasiyası Avropanı təkrar-təkrar təəccübləndirir.

Nikolas yazır ki, avropalılar ABŞ rəhbərliyinin müttəfiqlərlə məsləhətləşməyən, hətta bəzən onlara öz planları barədə məlumat verməyən davranışından narahatdırlar.

Müəllif onu da qeyd edir ki, Baydenin seçilməsi, ardınca Ukraynadakı münaqişə və Vaşinqtonun NATO-nun şərq cinahını gücləndirmək üçün böyük sərmayə qoyması “ABŞ-ın Avropa məkanına qətiyyətlə qayıdışından” xəbər verməli idi, lakin Avropa başa düşdü ki, Ukrayna böhranı ABŞ və Çin arasında daha böyük strateji duelin yalnız bir aspektidir və bu, həmişə Aİ-nin maraqlarından üstün olacaq.

 


Story Code: 1027113

News Link :
https://www.islamtimes.org/az/news/1027113/tanınmış-nəşr-baydenin-diqqəti-çinə-yönəlib-avropa-qəzəbli-və-narahatdır

Islam Times
  https://www.islamtimes.org