0
Sunday 27 November 2022 - 02:04

Tanınmış nəşr: "Baydenin diqqəti Çinə yönəlib, Avropa qəzəbli və narahatdır"

Story Code : 1027113
Tanınmış nəşr: "Baydenin diqqəti Çinə yönəlib, Avropa qəzəbli və narahatdır"
Teleqraf.com xəbər verir ki, bu fikir “Politico” nəşrində yer alan məqalədə irəli sürülür.

Müəllif Nikolas Vinokur hesab edir ki, ABŞ qoşunlarının Əfqanıstandan gözlənilmədən çıxarılması, AUKUS çərçivəsində Avstraliyaya sualtı qayıqların satışı ilə bağlı transatlantik münaqişə, indi də "vergi güzəştləri və subsidiyalar təklif edən" İnflyasiyanın Azaldılması Aktı (IRA) ilə bağlı artan mübahisələrlə Bayden administrasiyası Avropanı təkrar-təkrar təəccübləndirir.

Nikolas yazır ki, avropalılar ABŞ rəhbərliyinin müttəfiqlərlə məsləhətləşməyən, hətta bəzən onlara öz planları barədə məlumat verməyən davranışından narahatdırlar.

Müəllif onu da qeyd edir ki, Baydenin seçilməsi, ardınca Ukraynadakı münaqişə və Vaşinqtonun NATO-nun şərq cinahını gücləndirmək üçün böyük sərmayə qoyması “ABŞ-ın Avropa məkanına qətiyyətlə qayıdışından” xəbər verməli idi, lakin Avropa başa düşdü ki, Ukrayna böhranı ABŞ və Çin arasında daha böyük strateji duelin yalnız bir aspektidir və bu, həmişə Aİ-nin maraqlarından üstün olacaq.