0
Monday 28 November 2022 - 01:04

Ərdoğan: "Suriya ilə münasibətləri normallaşdırılmaq mümkündür"

Story Code : 1027233
Ərdoğan: "Suriya ilə münasibətləri normallaşdırılmaq mümkündür"
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə lideri Konya şəhərində gənclərlə görüşü zamanı deyib.

O bildirib ki, proses Misirlə başlayıbsa, Suriya ilə də eynisi ola bilər və siyasətdə küskünlük olmamalıdır.

“Biz Misir Prezidenti ilə çox fərqli şeylər haqqında danışdıq. Sonradan aldığım məlumat və xəbərlərə əsasən deyə bilərəm ki, o da görüşdən çox məmnun qalıb. Normallaşma prosesi artıq başlayıb, əvvəlcə nazirlərimiz bunu davam etdirəcək” , - deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısı Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətinin artıq normallaşdığını xatırladıb.