QR CodeQR Code

Fələstin BMT-yə üzv olmaq üçün lazım olan 9 səsdən, 8-ni əldə edib

1 Oct 2011 00:30

IslamTimes - BMT Təhlükəsizlik Şurasında Fələstinin tanınması üçün keçiriləcək səsvermə zamanı lazım olan 9 səsdən 8-i məlumdur.


Fələstinlilərin səyi nəticəsində Təhlükəlilik Şurasının 15 üzvündən 8-i Fələstinin BMT tərəfindən dövlət olaraq tanınmasına razılıq verdiyini bildirib. Bunlar Rusiya, Çin, Hindistan, Cənubi Afrika, Braziliya, Livan, Nigeriya və Qabondur. 9-cu ölkənin kim olacağı isə hələlik məlum deyil. Bu, Bosniya-Herseqovina və ya Kolumbiya ola bilər. Hər iki ölkənin nümayəndələri ilə fələstinlilər arasında danışıqlar davam etdirilir.

Qeyd edək ki, ABŞ hökuməti Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olaraq bəyan edib ki, Fələstinin tanınmaması üçün veto hüququndan istifadə edəcək. /Deyerler/


Story Code: 102726

News Link :
https://www.islamtimes.org/az/news/102726/fələstin-bmt-yə-üzv-olmaq-üçün-lazım-olan-9-səsdən-8-ni-əldə-edib

Islam Times
  https://www.islamtimes.org