0
Monday 28 November 2022 - 09:10

Brüsseldə iğtişaşlara görə futbol fanatları saxlanılıb

Story Code : 1027268
Brüsseldə iğtişaşlara görə futbol fanatları saxlanılıb
APA xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

20.38

Belçika komandasının Dünya Çempionatında məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib.

APA-nın Belga agentliyinə istinadla xəbərinə görə, məğlubiyyətdən sonra azarkeşlər avtomobilləri zədələyib, iş yerlərinə ziyan vurublar. İğtişaşların qarşısını almaq üçün paytaxta əlavə qüvvələr cəlb olunub. Şəhər meri sakinləri mərkəzi küçələrə getməməyə çağırıb.

Qeyd edək ki, bu gün Qətərdə keçirilən Dünya Çempionatında Belçika komandası Mərakeşə 0:2 hesabı ilə uduzub.