0
Monday 28 November 2022 - 11:06

Tramp ABŞ Ədliyyə Nazirliyini korrupsiyada ittiham edib

Story Code : 1027296
Tramp ABŞ Ədliyyə Nazirliyini korrupsiyada ittiham edib
SalamNews "TASS"a istinadla verdiyi xəbərə görə, Tramp müvafiq yazını bazar günü özünün "Truth Social" sosial şəbəkəsində dərc edib. 

"Ədliyyə Nazirliyi” korrupsiyaya bulaşıb. Kristofer Stilə mənim haqqımda yalan danışması üçün 1 milyon dollar təklif edildi, “Trampa yaxınlaşmaq üçün rusiyalılya sərvət ödənildi”, "Facebook"a deyildi ki, seçkidən öncə Co Baydenin oğlu Hunter Baydenin noutbuku barədə hər hansı xatırlatma olmasın, güya bu Rusiyanın yaydığı dezinformasiya idi. Amma onlar bunun belə olmadığını bilirlər", deyə Tramp qeyd edib. 

"Kapitolidə 2021-ci ilin yanvarın 6-da baş verən iğtişaşlar "2020-ci ilin korrupsiyalı seçkilərinin" nəticəsi olub. Xüsusi prokuror Cek Smit iğtişaşların səbəblərini araşdıracaqmı?", deyə Tramp vurğulayıb. 

Bundan əvvəl ABŞ-ın baş prokuroru Merrik Qarland bildirib ki, əvvəllər Haaqa Beynəlxalq Cinayət Məhkəməsində çalışmış və son vaxtlara qədər Kosovo Xüsusi Məhkəməsində prokuror vəzifəsində işləyən Cek Smit Trampın işi üzrə xüsusi prokuror olacaq.