QR CodeQR Code

İsfahanda silahlıların hücumunda təhlükəsizlik işçisi həlak olub

28 Nov 2022 21:47

İslamTimes: İranın İsfahan əyalətində bu gün silahlı və ya silahlıların hücumu nəticəsində bir təhlükəsizlik işçisi həyatını itirib.


SalamNews Mehr Agentliyinə istinadən xəbər verir ki, bu barədə İsfahan quberanatorunun təhlükəsizlik məsələlər üzrə köməkçisi Məhəmməd-Rza Cannesari açıqlama verib.

Bildirilib ki, bu gün səhər “Bəsic” könüllüsü Rza Dastani işə gedən zaman odlu silahdan hücuma məruz qalıb və xəstəxanaya çatdırılsa da həyatını itirib.

İsfahan Ostandarlığının rəsmisi Cannesarinin sözlərinə görə, silahlı və ya silahlıların tapılması üçün addımlar atılır.

Bu arada İranın Məhkəmə qurumlarının məlumatına görə son gündə ölkənin Mazandaran və Qərbi-Azərbaycan əyalətlərində son hadisələr zamanı saxlanılanlardan yüzdən çoxu sərbəst buraxılıb.


Story Code: 1027376

News Link :
https://www.islamtimes.org/az/news/1027376/isfahanda-silahlıların-hücumunda-təhlükəsizlik-işçisi-həlak-olub

Islam Times
  https://www.islamtimes.org