0
Tuesday 29 November 2022 - 01:02

"Apple" İlon Maskı HƏDƏLƏDİ: "Silərəm..."

Story Code : 1027401
"Apple" İlon Maskı HƏDƏLƏDİ: "Silərəm..."
Publika.az xəbər verir ki, müvafiq bəyanatla amerikalı iş adamı İlon Mask çıxış edib.

""Twitter"-i "AppStore"dan silməklə hədələdi, lakin bunun səbəbini bizə açıqlamadı", - deyə Mask paylaşım edib.

Sahibkar onu da vurğulayıb ki, "Apple" istifadəçilərin "AppStore"da aldığı hər şeyə 30 faiz vergi tətbiq edir.

Mask oktyabrın 28-də "Twitter"in tam sahibi olub. O, dərhal genişmiqyaslı sosial şəbəkə islahatlarına başlayıb və şirkətin direktorlar şurasını ləğv edib.

Lakin sonradan sosial şəbəkənin satın alınmasının Maskı 70 milyard dollar müflis etdiyi barədə məlumatlar yayılıb.

Noyabrın 7-də sahibkar elan edib ki, "Twitter" gələcəkdə dünyada ən dəqiq məlumat mənbəyinə çevrilməlidir.

Maskın planları bu sosial şəbəkədə reklam xərclərini azaltmağa qərar verən bir sıra iri brendlər tərəfindən qətiyyən bəyənilməyib. Xüsusilə, bu, "Apple"ə aiddir.