0
Tuesday 29 November 2022 - 01:24

İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı

Story Code : 1027403
İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı
"Unikal" xəbər verir ki, İran Avtomobil Ehtiyat hissələri İstehsalçıları Assosiasiyasının rəhbəri Məhəmməd Rza Nəcəfiməneşin dediyinə görə, müvafiq saziş iki ölkə arasında imzalanıb.

Ölkələr artıq 300 milyon ABŞ dolları məbləğində müvafiq anlaşma memorandumu imzalayıblar .

Hazırda İran artıq öz avtomobillərini Azərbaycan və Ermənistana tədarük edir. Ölkə mindən çox İran avtomobilinin göndərildiyi Venesuelaya da öz istehsalı olan avtomobilləri tədarük etməyə başlayıb. "İran Khodro" ölkənin ən böyük avtomobil istehsalçısıdır. Onun modellərindən biri artıq Rusiya bazarında peyda olub - Peugeot 405 bazasında yaradılmış Samand sedanı. Ölkədə Fransa və Çin modelləri əsasında başqa avtomobillər də istehsal olunur.

“İran Khodro” şirkəti geosiyasi münaqişənin kəskinləşməsi fonunda Rusiyaya avtomobillərinin tədarükünü planlaşdırıb. Şirkət ölkəni tərk etmiş Avropa, Amerika, Yapon və Koreya avtomobillərinin yerini tutmaq istəyir. İlk model Peugeot 301 platformasına əsaslanan, altı pilləli avtomatik transmissiyaya malik Tara sedanı olacaq.