QR CodeQR Code

“Ruslar daha yaxşı döyüşməyə başlayıb” - Prezidentdən qalmaqallı sözlər

30 Nov 2022 00:35

İslamTimes: Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya-Ukrayna müharibəsinə münasibət bildirərkən, qarşıdurmanın tezliklə bitməyəcəyini deyib.


Teleqraf.com xəbər verir ki, Serbiya lideri rusların daha yaxşı döyüşməyə başladıqlarını bildirib.

“Mütəxəssislərin nə dediyini başa düşmürəm, hər kəs əlindən gələni edir: Putin əlində olandan istifadə edir, başqaları da bunu edir. Nə haqq qazandırıram, nə də tənqid edirəm. Ukraynanın qalib gəldiyini düşünəndə ruslar daha yaxşı mübarizə aparmağa başladılar. Bu, daha uzun çəkəcək. Qarşıdan gələn qışın bundan daha çətin olacağını gözləyirəm. Müharibə uzun müddət davam edəcək”, - Vuçiç söyləyib.

Serbiya prezidenti tərəfləri həll yolu tapmağa çağırıb.

Vuçiçin sözləri Ukraynada etirazla qarşılanıb.


Story Code: 1027605

News Link :
https://www.islamtimes.org/az/news/1027605/ruslar-daha-yaxşı-döyüşməyə-başlayıb-prezidentdən-qalmaqallı-sözlər

Islam Times
  https://www.islamtimes.org