QR CodeQR Code

Vasif Talıbovun qardaşı saxlanıldı?

30 Nov 2022 01:09

İslamTimes: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması barədə xəbər yayılıb.


Axar.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Məhərrəm Talıbov Naxçıvandakı anti-korrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.

Məhərrəm Talıbovun mobil telefonuna zəngə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırıb.

Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq, o zaman onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.

***

Məhərrəm Talıbovun saxlanılması barədə xəbər təsdiqini tapmayıb.


Story Code: 1027606

News Link :
https://www.islamtimes.org/az/news/1027606/vasif-talıbovun-qardaşı-saxlanıldı

Islam Times
  https://www.islamtimes.org