0
Wednesday 30 November 2022 - 01:09

Vasif Talıbovun qardaşı saxlanıldı?

Story Code : 1027606
Vasif Talıbovun qardaşı saxlanıldı?
Axar.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Məhərrəm Talıbov Naxçıvandakı anti-korrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.

Məhərrəm Talıbovun mobil telefonuna zəngə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırıb.

Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq, o zaman onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.

***

Məhərrəm Talıbovun saxlanılması barədə xəbər təsdiqini tapmayıb.