0
Wednesday 30 November 2022 - 02:01

İraqın baş naziri Tehranda Ayətullah Xamenei ilə görüşüb

Story Code : 1027610
İraqın baş naziri Tehranda Ayətullah Xamenei ilə görüşüb
SalamNews bu barədə Tasnim İnformasiya Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, Məhəmməd Şiya Sudani və onun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Tehranda Ayətullah Xamenei ilə görüşüb.

Qeyd edək ki, Sudani bundan öncə İran prezidenti ilə görüşərək, qarşılıqlı münasibətləri və bir sıra regional məsələləri müzakirə edib.

O, bu gün Tehranda keçirilən mətbuat konfransında bildirib ki, İraqın ərazisindən qonşu ölkələrin təhlükəsizliyinə zərbə vurmaq üçün istifadə edilməsinə icazə verilməyəcək.