QR CodeQR Code

İraqın baş naziri Tehranda Ayətullah Xamenei ilə görüşüb

30 Nov 2022 02:01

İslamTimes: İraqın Tehranda rəsmi səfərdə olan baş naziri Məhəmməd Şiya Sudani bu gün İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.


SalamNews bu barədə Tasnim İnformasiya Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, Məhəmməd Şiya Sudani və onun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Tehranda Ayətullah Xamenei ilə görüşüb.

Qeyd edək ki, Sudani bundan öncə İran prezidenti ilə görüşərək, qarşılıqlı münasibətləri və bir sıra regional məsələləri müzakirə edib.

O, bu gün Tehranda keçirilən mətbuat konfransında bildirib ki, İraqın ərazisindən qonşu ölkələrin təhlükəsizliyinə zərbə vurmaq üçün istifadə edilməsinə icazə verilməyəcək.


Story Code: 1027610

News Link :
https://www.islamtimes.org/az/news/1027610/iraqın-baş-naziri-tehranda-ayətullah-xamenei-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org