QR CodeQR Code

Dəməşq: Türkiyə və ABŞ Suriyanı tərk etsin

إسلام تايمز , 30 Nov 2022 10:57

İslamTimes: Suriyanın şimal bölgələrində quru əməliyyatları keçirməklə bağlı Ankaranın təhdidlərinin ciddiliyindən sonra Suriyanın BMT-dəki daimi nümayəndəsinin müavini Təhlükəsizlik Şurasından Türkiyə və ABŞ-ı ölkəsinin ərazisini tərk etməyə məcbur etməsini istəyib.


Əl-Həkim Dandi Təhlükəsizlik Şurasının iclası zamanı vurğulayıb ki, terrora dəstək dayandırılmadan, qeyri-qanuni hərbi mövcudluğa son qoyulmadan və məcburi tədbirlər ləğv edilmədən bu şuranın Suriya ilə bağlı iclaslarının Suriyada təhlükələsizliyin bərpasında heç bir faydası olmadığını bildirib.

O deyib: "Təhlükəsizlik Şurasının bəzi üzvləri Suriyada terrorizm, təcavüzdən tutmuş məcburi tədbirlər nəticəsində Suriya xalqının iztirablarına və çağırışlarına məhəl qoymamaqda israrlıdırlar."


Story Code: 1027652

News Link :
https://www.islamtimes.org/az/news/1027652/dəməşq-türkiyə-və-abş-suriyanı-tərk-etsin

Islam Times
  https://www.islamtimes.org