0
Wednesday 30 November 2022 - 14:11

Ursula fon der Leyen: Ukraynaya dəymiş ziyan 600 milyard avroya çatıb

Story Code : 1027674
Ursula fon der Leyen: Ukraynaya dəymiş ziyan 600 milyard avroya çatıb
SalamNews xəbər verir ki, müvafiq bəyanat AK-nın saytında dərc olunub.

AK rəhbərininsözlərinə görə, xüsusi əməliyyat başlayandan bəri Ukraynaya dəyən ziyan 600 milyard avroya çatıb və Rusiya bu zərəri maliyyə vəsaitləri hesabına qarşılamalıdır. 

Avropa Komissiyasının rəhbəri Rusiya Mərkəzi Bankının 300 milyard avroluq ehtiyatlarının və “Rusiya oliqarxlarının” 19 milyard avro maliyyəsinin bloklandığını xatırladıb.

"Qısa müddətdə bu vəsaitləri idarə etmək üçün tərəfdaşlarımızla müəyyən bir struktur yarada bilərik. Daha sonra əldə olunan vəsaitləri Ukrayna üçün xərcləyə bilərik", deyə siyasətçi qeyd edib.