0
Thursday 1 December 2022 - 08:31

Fransanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb

Story Code : 1027835
Fransanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb
APA-nın Tehran bürosunun məlumatına görə, Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasındakı qəbuledilməz bəyanatlarından və İran İslam Respublikasındakı hadisələrlə bağlı yuxarıda adı çəkilən parlamentin müdaxilə xarakterli qətnaməsinin təsdiqindən sonra Fransanın Tehrandakı səfiri Nikla Reş İran XİN-ə çağırılıb.

Səfirə Fransa hakimiyyətinin İrana qarşı əsassız ittihamlarına kəskin etiraz təqdim olunub.

Bu cür qəbuledilməz müdaxilələr pislənilib.