0
Saturday 3 December 2022 - 08:57

İsrailin işğalına yaşıl, Rusiyanın ilhaqına qırmızı işıq!

Story Code : 1028199
İsrailin işğalına yaşıl, Rusiyanın ilhaqına qırmızı işıq!
ABŞ Ukraynada müharibə zamanı Moskvanın nəzarətinə keçən əraziləri heç vaxt Rusiyanın ərazisi kimi tanımaq niyyətində deyil.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bu haqda açıqlama verərək bildirib: "Biz açıq şəkildə bildirdik ki, ABŞ 2014-cü ildə və daha sonralar Rusiya tərəfindən ilhaq edilmiş əraziləri heç vaxt tanımayacaq".

Qeyd edək ki, BMT illərdir işğalçı İsrail rejiminə "Fələstin torpaqlarını mənimsəməyi durdur" deyib, qətnamələr qəbul etsə də, İsrail Amerikanın dəstəyi ilə bu qətnamələrə məhəl qoymur. Ağ Evin Tel-Əvivin işğalına göz yumması azmış kimi, rəsmi Vaşinqton İsraildəki səfirliyini Tel-Aviv şəhərindən işğal olunmuş Qüdsə (Fələstinə) köçürüb!