0
Saturday 3 December 2022 - 10:52

Fələstinli gəncin işğalçı İsrail polisi tərəfindən güllələnməsi kameralara düşüb

Story Code : 1028223
Fələstinli gəncin işğalçı İsrail polisi tərəfindən güllələnməsi kameralara düşüb
SalamNews Əlcəzirəyə istinadən xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi 23 yaşlı gənc fələstinli Əmmar Həmdi Muflihin yaxın məsafədən bir neçə dəfə güllə yarası aldıqdan sonra vəfat etdiyini bildirib.

Məlumata görə, fələstinli gəncin güllələnməsindən sonra ərazidə şiddətli qarşıdurmalar baş verib və İsrail qüvvələri yaralılara yardıma da mane olub.

İordan çayının qərb sahilində fəal olan fələstinlilərin “Aslanlar Yuvası” intiqam vədi verib.

Bəzi ekspertlər İordan çayının qərbində vəziyyətin daha da gərginləşə biləcəyi proqnozunu verirlər.