QR CodeQR Code

Fələstinli gəncin işğalçı İsrail polisi tərəfindən güllələnməsi kameralara düşüb

3 Dec 2022 10:52

İslamTimes: İşğal altında olan İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində 23 yaşlı bir fələstinli gəncin yaxın məsafədən güllələnməsi kameralara düşüb.


SalamNews Əlcəzirəyə istinadən xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi 23 yaşlı gənc fələstinli Əmmar Həmdi Muflihin yaxın məsafədən bir neçə dəfə güllə yarası aldıqdan sonra vəfat etdiyini bildirib.

Məlumata görə, fələstinli gəncin güllələnməsindən sonra ərazidə şiddətli qarşıdurmalar baş verib və İsrail qüvvələri yaralılara yardıma da mane olub.

İordan çayının qərb sahilində fəal olan fələstinlilərin “Aslanlar Yuvası” intiqam vədi verib.

Bəzi ekspertlər İordan çayının qərbində vəziyyətin daha da gərginləşə biləcəyi proqnozunu verirlər.


Story Code: 1028223

News Link :
https://www.islamtimes.org/az/news/1028223/fələstinli-gəncin-işğalçı-israil-polisi-tərəfindən-güllələnməsi-kameralara-düşüb

Islam Times
  https://www.islamtimes.org