QR CodeQR Code

Lapid vəzifəlilərə Netanyahu ilə əməkdaşlq etməmələrini deyib

إسلام تايمز , 3 Dec 2022 12:38

İslamTimes: Təl-Əvivdə siyasi gərginliyin artmasından sonra sionist rejimin keçmiş baş naziri Yair Lapid işğal olunmuş şəhərlərin merlərindən Likud partiyasının rəhbəri və bu rejimin gələcək baş naziri Benyamin Netanyahu ilə əməkdaşlıq etməmələrini istəyib.


Əl-Məyadin-in verdiyi məlumata görə, sionist rejimin keçmiş baş naziri Yair Lapid işğal olunmuş şəhərlərin merlərinə açıq məktub göndərərək, onlardan sağçıların formalaşdırdığı yeni hökumətlə əməkdaşlıq etməmələrini istəyib.

Bu hesabata görə, Lapidin məktubunda deyilir: "Mən bu məktubu sizə təhsil sisteminin və hökumətin gələcəyi üçün böyük narahatlıq hissi ilə yazıram. Çünki İsraildə qurulacaq yeni hökumət uşaqlarımızın təhsilinə məhəl qoymayacaq və onu İsrail cəmiyyətinin ən ekstremal və ən qaranlıq vəziyyətinə köçürəcək."

O əlavə edib: "Bildiyiniz kimi, ekstremist irqçi partiyas təhlükəlidir. Odur ki, Təhsil Nazirliyində fəaliyyət göstərən Kurikulum və Xarici Tərəfdaşlıq Bölməsi “Avi Maoz”un nəzarətində olduğu müddətdə əməkdaşlıq etməməyinizi xahiş edirəm."

 


Story Code: 1028247

News Link :
https://www.islamtimes.org/az/news/1028247/lapid-vəzifəlilərə-netanyahu-ilə-əməkdaşlq-etməmələrini-deyib

Islam Times
  https://www.islamtimes.org