0
Sunday 4 December 2022 - 12:32

Klinton İğtişaşları dəstəkləmək bəhanəsi ilə nüvə danışıqlarını dayandırmağa çağırıb

Story Code : 1028432
Klinton İğtişaşları dəstəkləmək bəhanəsi ilə nüvə danışıqlarını dayandırmağa çağırıb
Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi Hillari Klinton CNN telekanalına müsahibəsində ABŞ prezidenti Co Bayden administrasiyasından İranla nüvə proqramı ilə bağlı danışıqları dayandırmağı xahiş edib.

ABŞ prezident seçkilərinə keçmiş namizədlərdən biri olan Klinton İrandakı iğtişaşları dəstəkləyərək deyib: “Hazırda İranla heç bir məsələ, o cümlədən nüvə sazişi ilə bağlı danışıqlar aparmamalıyıq.

Düşünürəm ki, İran xalqının etirazlara başladığı bir zamanda, onlara ümid verdiyimiz bir vaxtda İranla razılaşma axtarırmış kimi görünməməliyik”.