QR CodeQR Code

Şults: Putinlə münasibətləri tamamilə kəsmək ağılsızlıqdır

إسلام تايمز , 5 Dec 2022 13:11

İslamTimes: Almaniya kansleri çıxışında bildirib ki, Rusiya prezidenti ilə dialoqu tamamilə dayandırmaq böyük səhv olardı.


Almaniya kansleri Olaf Şults Rusiya prezidenti Vladimir Putinlə danışıqların tamamilə kəsilməsini böyük səhv kimi qiymətləndirib.

Məlumata görə, Almaniya kansleri Olaf Şults bütün fikir ayrılıqlarına baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə danışıqları tamamilə kəsməyin böyük səhv olacağını bildirib.

Eyni zamanda o, Fransa prezidenti Emmanuel Makronla “Yeddilik” qrupunun nümayəndələri kimi Putinlə yenidən danışmağa cəhd etməyi vacib sayıb.

Olaf Şults artıq Ukraynadakı vəziyyətə toxunaraq deyib: "Biz hamımız istəyirik ki, bu müharibə bitsin və sülh mümkün olsun. Rusiya prezidenti Vladimir Putinlə apardığım bütün söhbətlərin mövzusu bu olub."

 


Story Code: 1028617

News Link :
https://www.islamtimes.org/az/news/1028617/şults-putinlə-münasibətləri-tamamilə-kəsmək-ağılsızlıqdır

Islam Times
  https://www.islamtimes.org