0
Monday 5 December 2022 - 13:11

Şults: Putinlə münasibətləri tamamilə kəsmək ağılsızlıqdır

Story Code : 1028617
Şults: Putinlə münasibətləri tamamilə kəsmək ağılsızlıqdır
Almaniya kansleri Olaf Şults Rusiya prezidenti Vladimir Putinlə danışıqların tamamilə kəsilməsini böyük səhv kimi qiymətləndirib.

Məlumata görə, Almaniya kansleri Olaf Şults bütün fikir ayrılıqlarına baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə danışıqları tamamilə kəsməyin böyük səhv olacağını bildirib.

Eyni zamanda o, Fransa prezidenti Emmanuel Makronla “Yeddilik” qrupunun nümayəndələri kimi Putinlə yenidən danışmağa cəhd etməyi vacib sayıb.

Olaf Şults artıq Ukraynadakı vəziyyətə toxunaraq deyib: "Biz hamımız istəyirik ki, bu müharibə bitsin və sülh mümkün olsun. Rusiya prezidenti Vladimir Putinlə apardığım bütün söhbətlərin mövzusu bu olub."