QR CodeQR Code

American Conservative: Qərbin idealizmi Rusiya ilə müharibəyə səbəb ola bilər

5 Dec 2022 14:38

İslamTimes: "American Conservative" jurnalının köşə yazarı Rod Dreher Rusiya ilə Qərb arasında müharibənin başlaması üçün şərtləri açıqlayıb.


SalamNews "RİA Novosti”yə istinadla xəbər verir ki, Dreherin sözlərinə görə, Avropa hakimiyyəti mənəvi idealizmə sadiq olar qalır ki, bu da Ukraynadakı münaqişənin Rusiya ilə müharibəyə qədər genişlənməsinə səbəb ola bilər.

Dreher vurğulayıb ki, Qərb Kiyevə bundan sonra da hərbi yardım göstərilməsinin əleyhinə olanları son dərəcə mənfi qarşılayır. Vəziyyət o hədd çatıb ki, qohumlar və tanışlar belə aralarındakı ünsiyyəti buna görə kəsə bilər.

"Avropanın Rusiya ilə daha böyük münaqişəyə girmək təhlükəsi ilə üzləşməsi faktı Rusiya və Ukrayna arasında atəşkəs və sülh nizamlanmasına necə nail olunacağını anlamaq üçün aşkar səbəbdir", deyə Dreher əlavə edib.


Story Code: 1028629

News Link :
https://www.islamtimes.org/az/news/1028629/american-conservative-qərbin-idealizmi-rusiya-ilə-müharibəyə-səbəb-ola-bilər

Islam Times
  https://www.islamtimes.org